Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19-a qarşı mübarizədə simvola çevrilmişdi, koronavirusa məğlub oldu – FOTO

134 Baxış

Pandemiya dövründə tibb işçiləri üçün milyonlar toplayan və bununla da ölkəsinin milli qəhrəmanına çevrilən 100 yaşlı müharibə veteranı kapitan Tom Mur koronavirusdan vəfat edib.

“Haber Global”ın məlumatına görə, faciəvi xəbəri onun qızı bildirib.

Qızı Hanna bildirib ki, kapitan həyatının son saatlarında uşaqlığını xatırlayıb və qızı ilə xeyli söhbətlər edib.

Tom Mur 1940-cı ildə orduya çağırılıb. O, Hindistan və Myanmada xidmət edib, sonra isə Böyük Britaniyada hərbi akademiyada işləyib.

Pandemiya başlayanda yerli həkimlər üçün ianə toplanışı elan edən ser Tom bunun üçün evin yaxınlığındakı kiçik bağının ətrafında 100 dəfə gəzə biləcəyinə söz verib.

Qeyd edək ki, o, bir neçə il əvvəl yıxıldığı üçün omba nahiyyəsində əməliyyat olunmuşdu və xüsusi qurğunun köməyi ilə hərəkət edirdi.

Tom verdiyi vədinə artıqlaması ilə əməl edib, o, bağının ətrafında 100 yox, 200 dəfə dövrə vurub.

Nəticədə, veteran təxminən 33 milyon funt sterlinq (76,6 milyon manat) toplamışdı.

Kraliça II Elizabet ona bu təşəbbüsünə görə cəngavər titulu vermişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678