Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya yeni nəsil “Armata” tanklarının ixracına başlayır

195 Baxış

Rusiyanın yeni nəsil “Armata” tankları ixrac pasportu alıb, yaxın vaxtlarda ilk dəfə xaricdə təqdim olunacaq.

Bu barədə “RİA Novosti” “Rosoboroneksport”a istinadən məlumat yayıb.

“T-14 “Armata” tankı üçün reklam pasportu qeydə alındı və yaxın gələcəkdə xaricdə debütünü görəcəksiniz”, – deyə qurumdan bildirilib.

Qeyd etmək lazımdır ki, indiyə qədər “Armata” layihəsi tam məxfi hesab edilirdi. Bu tanklar ilk növbədə Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. 2019-cu ildə istehsalçı “Uralvaqonzavod” ordu üçün 52 ədədlik sifariş aldığını bildirib. Lakin tankın yüksək istehsal xərcləri (4-5 mln dollar) onun ixraca çıxarılmasını sürətləndirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678