Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbulda 20 ildən sonra ilk

134 Baxış

Türkiyənin ən böyük şəhəri hesab olunan İstanbulda əhali sayı son 20 ildə ilk dəfə azalıb.

“Haber Global” bu barədə ölkənin Statistika Komitəsinin məlumatına istinadən xəbər yayıb.

Belə ki, şəhər əhalisinin sayı 56 815 nəfər azalaraq, 2000-ci ildən bu yana ilk dəfə 15 462 452 nəfərə düşüb.

Komitənin hesablamasına görə, Türkiyədə əhali sayı 83 614 362 nəfərə çatıb. Bu, bir il əvvəllə müqayisədə 459 365 nəfər artım deməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678