Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniyada deputatlığa namizədlər siyahısında ilk dəfə suriyalı köçkün qeydə alınıb

136 Baxış

Almaniya Bundestaqına keçiriləcək seçkilərdə ilk dəfə olaraq namizədələr arasında suriyalı miqrant da var.

“EADaily” portalının məlumatına görə, 31 yaşlı Tarek Alaus 2015-ci ildə Balkan marşrutu ilə Almaniyaya gəlib.

O, Hələb və Dəməşqdə yeddi il hüquq təhsili alıb. Bəşər Əsədə qarşı nümayişlərin fəal iştirakçısı olmuş Tarek bir müddət Qırmızı Aypara Cəmiyyətində çalışıb.

Suriyalı 2021-ci ilin sentyabr ayında keçiriləcək seçkilərdə “Yaşıllar” partiyasının üzvü kimi iştirak edəcək. Onun namizədliyi Şimali Reyn-Festfaliya torpağından irəli sürülüb.

T.Alaus öz mikrobloqunda bildirib ki, onun başlıca məqsədi Almaniyadan sığınacaq istəyən yüzminlərlə insanın ölkə parlamentindəki səsi olmaqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678