Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya üç ölkənin diplomatlarını arzuolunmaz şəxs elan edib

124 Baxış

Rusiya XİN İsveç, Polşa və Almaniya diplomatını arzuolunmaz şəxs elan edib. Səfirlik əməkdaşları 23 yanvarda Moskva və Sankt-Peterburqda keçirilən qeyri-qanuni aksiyalarda iştirak ediblər.

TASS xəbər verir ki, müvafiq qərarla əlaqədar hər üç ölkənin Rusiyadakı səfiri XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.

“Diplomatik münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana konvensiyasına əsasən qeyri-qanuni aksiyalarda iştirak edən diplomatlar persona non qrata elan olunublar. Onlar yaxın vaxt ərzində Rusiya Federasiyası ərazisini tərk etməlidirlər. Rusiya tərəfi ümid edir ki, bundan sonra İsveç Krallığı, Polşa Respublikası və Almaniya Federativ Respublikasının diplomatik nümayəndəlikləri və onların əməkdaşları beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl edəcəklər”, – deyə nazirliyin bəyanatında bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678