Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın Türkiyədəki səfirindən “S-400” və “15 iyul” açıqlamaları

133 Baxış

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Baydenin xarici siyasətlə bağlı çıxışının ardından iki ölkə arasındakı münasibətlərin bəzi məqamlarına aydınlıq gətirib.

“Haber Global”ın məlumatına görə, səfirin “S-400” və 15 iyul çevriliş cəhdi ilə əlaqədar açıqlamaları maraq doğurub.  

“Bir məsələni açıq şəkildə bildirmək istəyirəm. S-400 havadan müdafiə sistemləri ilə bağlı iki ölkə arasında yaranan problemin həlli üçün xüsusi işçi qrupu formalaşdırılmayıb. Belə bir qrup olmayacaq. Ümid edirik ki, bu məsələ bir müddət sonra öz həllini tapacaq”, – deyə D.Satterfild bəyan edib.

O, qeyd edib ki, 15 iyul çevriliş cəhdi ilə əlaqədar ABŞ-a qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

“Türkiyənin yüksək vəzifəli şəxslərinin 2016-cı ildə ölkədə baş verən bir sıra neqativ hadisələrdə ABŞ-ı günahlandırması bizdə narahatlıq doğurur. Bunlar əsassız iddialardır, müttəfiq və strateji əməkdaş ölkəyə yaraşmayan bəyanatlardır”, – deyə səfir əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678