Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniya da “peyvənd pasportu” tətbiq edir

147 Baxış

Böyük Britaniya səlahiyyətliləri COVID-19 peyvəndi vurulmuş vətəndaşların xaricə səyahət edə bilməsi üçün “peyvənd pasportu” tətbiq etməyi planlaşdırırlar.

“The Times” qəzeti xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Səhiyyə və Sosial Müdafiə Nazirliyi səyahətçilərin bu və ya digər istiqamətdə gediş-gəlişi üçün üçün vacib ola biləcək sənəd hazırlayırlar.

Turizm sənayesindəki mənbələr qəzetə bildiriblər ki, may ayında britaniyalı turistlərin peyvənd sertifikatı təqdim etdikləri təqdirdə Yunanıstana girişlərinə icazə verilə bilər.

Qeyd olunur ki, hər il təxminən 2 milyon britaniyalı Yunanıstanı ziyarət edir və 10 milyard avrodan çox gəlir verirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678