Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Merkel lokdaun səbəbindən bərbərsiz həyatından danışıb

140 Baxış

Almaniya kansleri Angela Merkel pandemiyaya görə lokdaun şəraitində bərbərsiz necə keçindiyindən danışıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

O, saç düzümünü hazırlamaqda asistentinin kömək etdiyini deyib.

“Müəyyən dərəcədə köməkçimin dəstəyi var… Getdikcə saçlarım arasında ağların çoxalmasına gəlincə isə, bununla yaşamaq lazımdır”, – deyə kansler qeyd edib.

Bununla belə, bərbərlər işə qayıdanda o da sevinəcəyini vurğulayıb.

Qeyd edək ki, Almaniyada koronavirus səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər fevralın 14-nə qədər uzadılıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678