Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da “Pfizer” peyvəndi olan maşını qaçırdılar: 5000 dollar mükafat elan edildi

239 Baxış

ABŞ-ın Plant-Siti (Florida ştatı) şəhərində naməlum şəxs içərisində koronavirusa qarşı peyvənd olan avtomobili oğurlayıb.

Bu barədə WFLA telekanalı məlumat verib.

Avtomobil sahibi tibb işçisi olduğunu və peyvənd məntəqəsinə getdiyini deyib.

O, növbəti məmulatları almaq üçün mühərriki söndürmədən avtomobildən çıxıb.

Bu zaman avtomobil oğrusu (oğruları) maşını qaçırıb.

Zərərçəkənin sözlərinə görə, avtomobildə 30 ampula “Pfizer” peyvəndi olub ki, bu da 150-180 inyeksiya deməkdir.

Bu ampulalar ikinci iynə vurulacaq şəxslər üçün nəzərdə tutulubmuş.

Yerli fəallar şübhəlilər haqqında məlumat üçün 5000 dollar mükafat elan ediblər.

Müstəntiqlər hesab edir ki, avtomobili qaçıran şəxsin peyvənd barədə məlumatı olmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678