Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Al-Jazeera”nin jurnalisti dörd illik həbsdən sonra azadlığa çıxdı

179 Baxış

Misirdə dörd il öncə həbs olunan qətərin “Al-Jazeera” telekanalının jurnalisti Mahmud Hüseyn sərbəst buraxılıb.

“İnterfax” məlumat verib ki, telekanal öz əməkdaşının məhkəmə prosesi olmadan və rəsmi ittiham irəli sürülmədən Misir hökuməti tərəfindən dörd ildən çox müddət ərzində həbsxanada saxlandığını bildirib.

Qeyd edək ki, jurnalist 2016-da ildə Qahirədə ailəsilə birlikdə istirahət edərkən saxlanılıb. M.Hüseyn 15 saat sonra buraxılsa da, ertəsi gün yenidən saxlanılıb. Misir tərəfi onu yerli hökümətin nüfuzunu ləkələmək məqsədilə yalan məlumatların yayılmasında günahlandırsa da, rəsmi olaraq ittiham irəli sürməyib.

“Al-Jazeera” isə əməkdaşının qeyd olunan əməllərdə iştirakını təkzib edib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678