Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur xarici nəşr Azərbaycanı ziyarət etməyin beş əsas səbəbini açıqladı

228 Baxış

Hindistanın məşhur “NewsBytes” nəşri “Azərbaycan: Tanımadığınız bu ölkəni niyə görməlisiniz?” başlıqı məqalə təqdim edib.

Yazıda Azərbaycanı ziyarət etmək üçün bir neçə səbəbin olduğu sadalanır.

Nəşrə görə, birinci səbəb atəşpərəstlərin sitayiş və ibadət məbədi olan “Atəşgah” məbədi və “Yanardağ” dövlət qoruğudur.

İkincisi səbəb kimi Azərbaycanda olan 350 palçıq vulkanları göstərilir.

Qeyd olunur ki, burada dünyanın ən böyük palçıq vulkanı olan Qarasu vulkanı yerləşir. Qarasu püskürən zaman palçıq 1000 metr yüsəkliyə atılır.

Üçüncü səbəb kimi Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən möhtəşəm Bakı şəhəri , dördüncüsü səbəb olaraq Xınalıq və Laza kimi füsunkar dağ kəndləri göstərilir.

“NewsBytes” yazır ki, Qafqaz dağlarının mənzərəsi valehedicidir, burada yaşayan kəndlilər isə mehriban və qonaqpərvərdirlər.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycana səfər etmək üçün başqa bir səbəb qiymətlərin əlçatan olmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678