Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada polis mayoru “TikTok”da yayımlanan videoya görə işdən çıxarıldı – FOTO

157 Baxış

Rusiyada polis mayoru “TikTok”da yayımlanan videoya görə işdən çıxarılıb.

Bu barədə “RİA Novosti” Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İrina Şeqolevaya istinadən xəbər verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə aparılan monitorinq zamanı, mayor forması geyinmiş qadının müxtəlif üz hərəkətləri edən videosu aşkarlanıb.

“Xabarovsk polis şöbələrindən birinin rayon təmsilçisinin iştirakı ilə hazırlanan bu videonun görüntülərinin daxili işlər orqanlarının əməkdaşlarının şərəfini ləkələyir”, – deyə Şeqoleva bildirib.

Onun sözlərinə görə, videonun müəllifinə qarşı rəsmi yoxlama aparılıb və nəticədə işdən çıxarılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678