Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada məktəblini öpən müəllim işdən qovuldu – VİDEO

136 Baxış

Rusiyanın Sankt-Peterburq şəhərinin 42 saylı gimnaziya məktəbində 8-ci sinif şagirdinə qarşı intim hərəkətlər edən 61 yaşlı müəllim müfaviq videonun sosial şəbəkələrdə yayılmasından sonra işdən çıxarılıb.  

Kadrlarda yaşlı müəllimin azyaşlı qızı qucaqladığı, onu dodağından və boyunundan öpdüyü görünür.

Lenta.ru portalının məlumatına görə, video valideynlərin biri tərəfindən çəkilib və “Instagram” hesabında yayılıb.

Şagirdlər həmin müəllimin əvvəllər də belə hərəkətlərə yol verdiyini bildiriblər. Onlar məktəb direktoruna şikayət etdiklərini, lakin inamsızlıqla qarşılaşdıqlarını qeyd ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanlar tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678