Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Myanmada əhali xarici səfirliklərin qarşısında etiraz aksiyaları keçirib – FOTO

138 Baxış

Myanmanın paytaxtı Neypidoda ölkənin həbsdə olan lideri Aun San Su Cinin azad edilməsi tələbi ilə minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Paytaxtdan əlavə, ən izdihamlı aksiyalar Myanmanın böyük şəhərləri – Yanqon və Mandalayda baş tutub.

Yanqonda etirazçılar xarici ölkələrin səfirlikləri qarşısına toplaşaraq beynəlxalq ictimaiyyəti çevrilişdən sonra hakimiyyətə gələn hərbçilərə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678