Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada kişi yanan evdən yeddi azyaşlını xilas etdi – FOTO

135 Baxış

Rusiyanın Arxangelsk vilayətinin Karqopol şəhərində yeddi uşaq alovların cəngindən xilas edilib.

“RİA Novosti” xəbər verir ki, yanğın Qaqarin küçəsində iki mərtəbəli yaşayış binasında başlayıb. Qonşular yanğınsöndürmə xidmətinə zəng edərək birinci və ikinci mərtəbələrin pəncərələrindən alovların çıxdığı barədə məlumat veriblər. Evdə uşaqların və qaz balonunun olduğu bildirilib.

Yanğınsöndürənlər gələnə qədər uşaqları yanan evdə köməksiz qalan Aleksey Veşnyakov cəsarətli davranaraq ikinci mərtəbəyə qalxıb və pəncərələri sındıraraq üç azyaşlı uşağını xilas edib. Bundan sonra o birinci mərtəbədə qardaşının yanan evindən onun dörd azyaşlı uşağını çıxarıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər isə birinci mərtəbədə köməksiz vəziyyətdə qalan qadını xilas ediblər. Binanın digər sakinləri xilasedicilər gələnə qədər evlərindən çıxmağa müvəffəq olublar. 10-u azyaşlı olmaqla 18 sakinin hamısı xilas edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678