Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quantanamo həbsxanası bağlana bilər

137 Baxış

ABŞ-ın xüsusi rejimli Quantanamo həbsxanasının taleyi həll olunmaq üzrədir.

“Vesti” portalı Co Bayden administrasiyasının məsələ ilə yaxından maraqlandığını bildirib.

Məlumata əsasən, həbsxananın faliyyətini dayandırması haqqında qərar yaxın zamanlarda verilə bilər. Hərçənd, bu terrorçuluqda ittiham olunan şəxslərin saxlanıldığı müəssisənin dərhal bağlanacağı anlamına gəlmir.

Belə ki, müvafiq göstəriş hələ Barak Obama dövründə imzalansa da, 2017-ci ildə prezident Tramp tərəfindən ləğv edilib.

Qeyd edək ki, Quantanamo həbsxanası eyniadlı körfəzdə, 1903-cü ildən bəri Kubadan icarəyə alınan hərbi-dəniz bazasında yerləşir. Ötən əsrin 90-cı illərində ərazi qaçqınlar düşərgəsi kimi istifadə olunub. 2002-ci ildə prezident Buş bazanın həbsxanaya çevrilməsi barədə göstəriş verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678