Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan parlamentinin azərbaycanlı keçmiş deputatının evi qarət olundu – VİDEO

119 Baxış

Gürcüstan parlamentinin keçmiş millət vəkili Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət olunub.

Bu barədə yerli “24News.ge”yə müsahibə verən Azər Süleymanov oğurluğun sistemli şəkildə olduğunu, onların başqa-başqa günlərdə evə daxil olduqlarını, lakin bunu sadəcə bu gün hiss etdiklərini bildirib.

Oğruların müxtəlif vaxtlarda evə daxil olması faktı isə mövcud təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə qarət üçün daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

O qeyd edib ki, evə daxil olan şəxslər evin həyətində olan antikvar əşyaları oğurlayıb və həmçinin, həyətdə olan avtomobili də qarət ediblər, lakin onlar evin içərisinə daxil ola bilməyiblər.

Azər Süleymanov hələlik tam olaraq evdən və avtomobildən qarət olunan əşyaların dəyərinin bilinmədiyini qeyd edib.

Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, mənzilə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678