Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kolumbiyada 14 yaşlı qız üç oğrunu zərərsizləşdirdi – VİDEO

123 Baxış

Kolumbiyanın paytaxtı Boqota şəhərində 14 yaşlı qız mağazanı qarət etməyə çalışan üç nəfərin dərsini verib.

“Vice” nəşri məlumat verir ki, yeniyetmə oğruları uzun taxta dəstəkli bıçaqla qovub. Bu zaman qızın anası da yanında olub və ona kömək edib.

Hadisə kiçik ailə dükanlarından birində baş verib. Cinayətkarlardan biri odlu silahdan atəş açıb və mağaza sahibini yaralayıb. Güllə daxili orqanlara toxunmadan çölə çıxıb.  

Gənc xanım yerli telekanallara müsahibəsində hər zaman ehtiyatlı olduğunu və soyuq silahı piştaxtanın altında saxladığını bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678