Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özünü interpolun əməkdaşı kimi təqdim edən şəxs qadınları şantaj edib

156 Baxış

İspaniya polisi yüzlərlə qadınların fotolarını əxlaqsızlığı təbliğ edən saytlarda paylayaşan şəxsi saxlayıb.

“Europa Press” xəbər verir ki, saxlanılan şəxs İspaniya vətəndaşıdır və 33 yaşındadır.

Saxlanılan şəxs əvvəl tanımadığı qadınların şəkillərini müxtəlif saytlarda paylaşandan sonra qadınlarla əlaqə yaradaraq özünü İnterpolun agenti kimi təqdim edib və bu materialların “xarici mafiya” tərəfindən yerləşdirildiyini, fotodakı şəxslərin həyatının təhlükə altında olduğunu bildirib.

İnsanları mənəvi təcavüzə məruz qoyan şəxsin sonrakı addımları fotolarını ictimailəşdirdiyi qadınlarla fərdi şəkildə görüşmək, onlara “kömək” məqsədi ilə görüşdüyü qadınların şəxsi məlumatlarını toplamaq olub.

Bəzi qadınlar görüşməyə razılıq verib.

Görüşdə özünü interpolun əməkdaşı kimi təqdim edən şəxs saytlarda paylaşılan fotoşəkillərin görüşdüyü qadına aid olduğuna əmin olmaq üçün qadınları səmimi şəkillər çəkdirməyə inandırıb.

Bu şəxsin hüquq mühafizə orqanı əməkdaşı olduğuna inanan bəzi qurbanlar onun tələblərini yerinə yetirib.

Qısa müddət sonra bu şəxs qadınlara zəng edərək onların fotolarını dostlarına göndərməklə hədələyib və yeni görüş tələb edib.

Nəhayət qurbanlardan biri mənəvi təcavüzkardan polisə şikayət edib və araşdırma başlanılıb.

Saxlanılan kişinin evində aparılan axtarışlar nəticəsində 700 qadının 1200-dən çox səmimi fotoşəkili ,həmçinin İnterpol zabitinin saxta sənədləri aşkarlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678