Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakerlər Trampın seçki kampaniyasının saytını sıradan çıxarıb

158 Baxış

ABŞ prezidenti Donald Trampın seçki qərargahından verilən məlumata görə, kampaniyanın saytına haker hücumu olub.

“Bu axşam erkən saatlara D.Trampın seçki kampaniyasının veb saytı sıradan çıxardılıb. Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik”, – Ağ Ev başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində yazıb.

T.Mertau əlavə edib ki, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər.

“Saytın işi artıq bərpa edilib”, – deyə, o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678