Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniyada erməni vandalizmi ilə bağlı videoçarx hazırlanıb – VİDEO

138 Baxış

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”- in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması adına “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib.

İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən muzeylər, məscidlər, abidələr dağıdılıb və qəsdən törədilmiş yanğınlar nəticəsində meşə sahələri yanaraq məhv olub, ətraf mühitə və canlı təbiətə ciddi ziyan dəyib. Lakin şanlı Azərbaycan ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığına qovuşması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. 

Videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678