Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi
151 Baxış
ABŞ Prezidenti Donald Tramp zarafatla Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Marsa göndərilməsini “möhtəşəm” fikir adlandırıb.
Gazeta.ru xəbər verir ki, Ağ Ev başçısı Arizonada seçiciləri ilə görüşdə bəyan edib ki, ABŞ Marsa astronavt göndərəcək ilk ölkə olacaq.
Bu zaman D.Trampın mitinqdə iştirak edən tərəfdarlarından biri N.Pelosini Marsa göndərməyi təklif edib.
“Qoy bu şəxs N.Pelosi olsun. Bu, gözəl fikirdir. Kim bunu dedi? Bu sadəcə möhtəşəm fikirdir”, – deyə D.Tramp qeyd edib.
Məlumat oxu.az saytından götürülmüşdür.