Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada vətəndaşlığı olmayanlara şəxsiyyət vəsiqəsi veriləcək

133 Baxış

Rusiya Prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsi haqqında qanun imzalayıb.

Vəsiqə həmin adamların şəxsiyyəti müəyyən edildikdən sonra verilir.

Vesti.ru xəbər verir ki, müvafiq şəxsiyyət vəsiqəsinin sahibləri icazə qeydiyyatı olmadan işləyə biləcəklər.

Həmin sənəd 10 il müddətinə veriləcək, ehtiyac olarsa dəyişdiriləcək.

Vəsiqənin bitməsindən 10 iş günü əvvəl Daxili İşlər Nazirliyinin ərazi idarəsinə dəyişdirilməsi üçün ərizə ilə müraciət edilməlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678