Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanda səhər etirazlarla açılır – VİDEO

138 Baxış

Ermənistanın paytaxtı İrəvanda əhalinin hökumətə qarşı etirazları davam edir.

“Sputnik Ermənistan” xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edən ermənilər bir neçə əsas yolu bağlayıblar.

Onlar “Nikolsuz Ermənistan” plakatları ilə yolları kəsərək nəqliyyatın hərəkətinə maneə törədiblər.

Qeyd edək ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə namizədlərini irəli sürüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678