Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ Səudiyyə şəhzadəsini Qaşıqçının ölümündə ittiham etdi

137 Baxış

ABŞ milli kəşfiyyatı rəhbərinin aparatı Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölümünə dair hesabatı açıqlayıb.

“Haber Global”ın məlumatına görə, hesabatda bildirilir ki, Qaşıqçının oğurlanması və öldürülməsi üzrə əməliyyat birbaşa Səudiyyə şəhzadəsi Məhəmməd bin Salman əl-Səud tərəfindən təsdiq olunub.

“Vəliəhd Qaşıqçını krallıq üçün təhlükə olaraq görürdu və onun susdurulması üçün zorakı üsulların istifadəsini dəstəkləyirdi”, – deyə sənəddə qeyd olunur.

Bu açıqlamadan sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı kral ailəsinin 76 üzvünə qarşı viza məhdudiyyətlərinin tətbiq olunduğunu açıqlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678