Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus və “İspan qripi”nin ümumi xüsusiyyətləri açıqlanıb

148 Baxış

Koronavirus və “İspan qripi” pandemiyasına səbəb olan virusun yayılmasında oxşarlıqlar var.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov xəbər verib.

“Hər ikisi hava-damcı yolu ilə ötürülən respirator infeksiyasıdır. Bu səbəbdən onların yayılmasında ortaq xüsusiyyətlər var”, – deyə o bildirib.

Bununla belə həkim koronavirusun yoluxuculuğunun qrip virusundan daha yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, 1918-1920-ci illər arasında davam edən “İspan qripi” yoluxma halı və ölüm hadisələri baxımından ən geniş yayılmış qrip pandemiyası olub. Müxtəlif hesablamalara görə, “İspan qripi”ndən 100 milyona yaxın insan ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678