Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pompeo 2024-cü ildə prezidentlik yarışına girə bilər

152 Baxış

Keçmiş prezident Donald Trampın administrasiyasında Dövlət Departamentinin rəhbəri vəzifəsini daşıyan Mayk Pompeo 2024-cü il seçkilərində prezident postuna namizəd ola biləcəyini bildirib.

Bu barədə “Fox News” məlumat yayıb.

Keçmiş dövlət katibinə Donald Tramp növbəti seçkilərdə namizəd olmazsa, yarışa özünün qoşulma ehtimalı barədə sual ünvanlanıb.

“Mən hər zaman mübarizə aparmağa hazıram. ABŞ-a görə çox narahatam”, – deyə M.Pompeo bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678