Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kilsədən oğurladığı pul ilə özünə yeni smartfon aldı

245 Baxış

Rusiyanın Leninqrad vilayətinin ərazisində yerləşən kilsənin sədəqə pullarını oğurlayan şəxs bu vasitə ilə özünə yeni smartfon alıb.

REN TV xəbər verir ki, oğurluq barədə Vasilyevo kəndində yerləşən kilsənin keşişi yerli polis idarəsinə məlumat verib.

Qeyd olunur ki, oğurluq nəticəsində kilsəyə ianə edilən 21 min rubl (451 manat) vəsait yoxa çıxıb.

Hüquq-mühafizə orqanları şikayət əsasında cinayət işi açıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluq əməlini həyata keçirən şəxs 32 yaşlı əmək miqrantıdır.

O, oğurladığı pul ilə özünə smartfon alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678