Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Köməkçisi koronavirusa yoluxan Putin təcriddən imtina etdi

137 Baxış

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkinin koronavirus testinin cavabı müsbət çıxıb. Bununla belə dövlət başçısı təcrid olunmaqdan imtina edib.

Bu barədə “Qovorit Moskva” “Telegram” kanalı xəbər yayıb.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov izah edib ki, Oreşkinin yoluxması təhlükə yaratmır, bu səbəbdən prezidentin təcrid olunmasına ehtiyac yoxdur.

“Onların birbaşa təması olmayıb”, – deyə o, bildirib.

Qeyd edək ki, Putinin payızda peyvənd vurduracağı gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678