Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hokkey üzrə olimpiya çempionu ölü tapıldı

118 Baxış

Hokkey üzrə ABŞ milli komandasında olimpiya çempionu Mark Paveliç Minnesota ştatının Sok Centerdəki müalicə mərkəzində ölü tapılıb.

Bu barədə ESPN xəbər verir.

63 yaşlı keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib. Amerikalının ruhi sağlamlıq problemi yaşadığı qeyd olunur.

Qeyd edək ki, o, 2019-cu ildə qonşusuna hücum edərək onu yaralayıb. Ancaq idmançının məhkəməsi Paveliçin ruhi problemi səbəbiylə təxirə salınıb. Sonradan onun məhkəmədə iştirak etmək qabiliyyətinin olmadığı müəyyən edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678