Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Serbiyanın Baş naziri dövlət çevrilişindən danışıb

131 Baxış

Serbiyanın Baş naziri Ana Brnabiç ölkə prezidenti və ailəsinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsini dövlət çevrilişi adlandırıb.

“Fikrimcə, bunu edənlər təhlükəsizlik xidmətləri, ilk növbədə DİN və digər hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də hakim Serbiya Proqressiv Partiyasının bir qrup üzvüdür. Onların kriminal aləmdə, mediada, ədliyyə sistemində böyük nüfuzları var. Bu işdə, heç şübhəsiz ki, xarici xüsusi xidmətlərin də əli olub” – deyə o, bildirib.

Baş nazir qeyd edib ki, bu qruplaşma dövlət başçısını fiziki və ya hər hansı bir digər üsulla neytrallaşdırmaq, faktiki olaraq, dövlət çevrilişi etmək istəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678