Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahzadə Harri ilə Meqan Marklın müsahibəsi Britaniya monarxiyası ətrafında qalmaqal yaratdı

123 Baxış

Şahzadə Harri ilə Meqan Marklın müsahibəsi Britaniyada monarxiyaya son qoymaq barədə müzakirələrə səbəb olub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Baş nazir Boris Conson Britaniyada irqçilik üçün yer olmadığını deyib, ancaq kraliçaya və onun ölkədəki roluna heyran qaldığını vurğulayıb.

Leyboristlərin lideri Kir Starmer Meqanın gündəmə gətirdiyi məsələlərin – irqçilik və psixi sağlamlığın çox vacib olduğunu deyərək, buna çox ciddi yanaşmağın zəruriliyini vurğulayıb.

Bakinqem Sarayı isə hələ susqunluğunu qoruyur.

Ekspertlərin fikrincə, Harri və Meqanın kral ailəsinə qarşı ittihamları o qədər ciddidir ki, bu dəfə saray “heç vaxt şikayət etmə, heç vaxt izah etmə” prinsipinə əməl edə bilməyəcək.

Qeyd edək ki, müsahibə çıxmazdan əvvəl “Times” nəşri kraliçanın ona baxmaq niyyətində olmadığını, sarayın “ləyaqətlə susmağı” planlaşdırdığını yazmışdı. Bundan əlavə, monarx ailəsi hazırda uşaqların məktəbə qayıtması, peyvəndlərin effektivliyi barədə düşündüklərini, Markl ətrafındakı “sirklə” maraqlanmadıqlarını bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678