Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Harri Potter” yaradıcıları aktrisadan rasist hücumlar barədə susmasını istəyiblər – FOTO

137 Baxış

Aktrisa Keti Lyunq “Harri Potter”də çəkildikdən sonra rasizmlə üzləşməsindən danışıb.

O, serialda bir müddət Harriyə vurulmuş Çjo Çanq rolunu canlandırıb. Roulinqin kitabında bu qəhrəman Asiya görünüşü olan cazibədar qız kimi təsvir olunub.

Keti Lyunq filmdə Hoqvarts tələbəsinin rolunu keyfiyyətli şəkildə həyata keçirməyə çalışdığını, buna baxmayaraq, tamaşaçılar tərəfindən çoxsaylı nifrətlə üzləşdiyini deyib. Bundan başqa, rəhbərlikdən ona bu baş verənlərə göz yumması istənilib.

Keti müsahibəsində Çjou Çanq roluna onun seçilməsinə qəzəblə yanaşan birlik və saytlar gördüyü barədə danışıb.

“Bütün bu şərhləri oxuyurdum. Orada o qədər rasist ifadələr var idi ki… Hansındasa hətta aktyor seçimi ilə razılaşmama barədə düymə də var idi. Bundan başqa, mənim barədə “heyter” saytı da yaradılmışdı. Çox dəhşət idi. Ancaq mənə dedilər ki, biz sənin dediyin saytları görməmişik. Səndən soruşsalar, sən də belə bir şey görmədiyini de. Halbuki, görmüşdüm. Lakin onların dediklərinə təsdiq əlaməti olaraq başımı yellədim və hər şeyin əla oduğunu deyəcəyimə söz verdim. Mənə sadəcə, bu məsələni qaldırmağa imkan vermədilər”, – deyə aktrisa olanlar barədə danışıb.

O, bu tapşırığın kim tərəfindən – publiststlər, yoxsa “Warner Bros.” tərəfindən verildiyini açıqlamayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678