Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə zəncirvari qəza: Üçü ölü, 21 yaralı – FOTO/VİDEO

130 Baxış

Türkiyədə magistral yolda zəncirvari qəza baş verib.

“Anadolu” Agentliyinin məlumatına əsasən, hadisə Bursa-Ankara yolunun Kestel kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində üç nəfər ölüb, 21 nəfər isə yaralanıb. Yaralılardan 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada qoşqulu yük avtomobilinin, avtobusun və çoxsayda minik avtomobillərinin iştirak etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, yük avtomobili yaranan nasazlıqlar səbəbindən qarşı yola çıxaraq avtobus və minik avtomobilləri ilə toqquşub. Avtomobilləri qarşısına qataraq sürükləyən qoşqulu nəqliyyat vasitəsi çətinliklə dayanıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib.

Bursa-Ankara kara yolunun Kestel ilçesi mevkisinde meydana gelen zincirleme kaza nedeniyle bölgeye çok sayıda ekip sevk edildi https://t.co/Pf4NejTz9T

— AA Canlı (@AACanli) March 12, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678