Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Slovakiyanın səhiyyə naziri Rusiya peyvəndi qalmaqalına görə işdən çıxarıldı

135 Baxış

Slovakiya Səhiyyə Nazirliyinin rəhbəri Marek Krajci hakim koalisiyada rus peyvəndinin alınması ilə bağlı fikir ayrılıqları səbəbindən istefaya getmək məcburiyyətində qalıb.

Mk.ru xəbər verir ki, ölkənin Baş naziri İqor Matoviç Rusiyadan gətirilən dərmanın ölkədə istifadəsi başladıqdan sonra onun istefa edəcəyini deyib.

Martın 1-də Slovakiya Rusiya Federasiyasından ilk peyvənd partiyasını alıb.

Onun çatdırılmasının təşəbbüskarı Matoviç olub. Bundan sonra hakim koalisiyaya daxil olan sağçı partiyaların liderləri baş nazirin istefasını istəyiblər. Ölkə prezidenti Zuzan Çaputova onları dəstəkləməyib.

Nəticədə sağçılar ya koalisiya əməkdaşlığının davam etdirilməsinə, ya da Rusiya peyvəndindən istifadə üçün icazə verən Səhiyyə Nazirliyinin rəhbərinin istefasına çağırıblar.

Matoviç Krajcinin istefası tələbini absurd, qeyri-insani və əxlaqsız adlandırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678