Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon qoşunlarının tez çıxarılması təqdirdə Əfqanıstanda terrorun artacağını proqnozlaşdırır

133 Baxış

Pentaqon rəsmiləri bu il mayın 1-dək ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını çox təhlükəli və problemli hesab edirlər.

“The Washington Post” xəbər yayır ki, onların hesablamalarına görə, bu, respublikada vətəndaş müharibəsinə, ABŞ və onun müttəfiqlərinə qarşı terror hücumlarına gətirib çıxara bilər.

Həmçinin bildirilir ki, hərbi qüvvələrin Əfqanıstandan müəyyən bir tarixə qədər ciddi problemlər olmadan çıxması üçün kifayət qədər vaxt yoxdur.

Çünki qoşunların geri çəkilməsi üçün Kabildə səfirlikdəki gizli texnikanın məhv edilməsi və diplomatik heyətinin azaldılması tələb olunur.

Bundan əlavə, nazirlik “Taliban” hərəkatının hələ bir sıra razılaşmaları yerinə yetirmədiyini düşünür.

Mart ayının əvvəlində Ağ Ev ABŞ-ın “əbədi müharibələrdə iştirak etməyəcəyini” açıqlayıb və Əfqanıstandakı hərbi əməliyyatların dayandırılması istiqamətində “məsuliyyətlə işləyəcəyini” vəd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678