Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gümrüdəki Rusiya bazasında hərbçi və arvadına hücum edildi: Hər ikisi yaralandı

130 Baxış

Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb.

Bu barədə Shamshyan.com məlumat yayıb.

Hadisə 10 mart tarixində yaşanıb. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Bundan sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxdıqdan sonra həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görüb. Qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.

Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən qaçıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678