Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meqan Marklın ögey bacısı onun şahzadə Harri ilə boşanacağını bildirib

135 Baxış

Meqan Marklın ögey bacısı Samanta Markl onun yaxın zamanlarda şahzadə Harri ilə boşanacağını bəyan edib.

Bu barədə TMZ internet-nəşri məlumat yayıb.

Məlumata əsasən, bir neçə ildir bacısı ilə görüşməyən, şahzadə Harri ilə tanış olmayan Samanta cütlüyün psixoloji yardım almayacağı və kral ailəsindən öz ittihamlarına görə üzr istəməyəcəyi təqdirdə tezliklə ayrılacaqlarını bildirib.

Onun fikrincə, bacısı və həyat yoldaşı Böyük Britaniya üzrə səyahət turuna çıxmalı və ölkə əhalisi qarşısında öz ifadələrinə görə üzrxahlıq etməlidirlər.

56 yaşlı amerikalı xanım bacısı Meqanı “pataloji yalançı” adlandırıb və Harrinin gec-tez bunu anlayacağını bildirib.

Xatırladaq ki, bu yaxınlarda Meqan Markl şahzadə Harri ilə birlikdə teleaparıcı Opra Uinfriyə müsahibəsi zamanı Britaniya kral ailəsini irqçilikdə və psixoloji təzyiqdə ittiham edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678