Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliya pandemiyada səhiyyə nazirini dördüncü dəfə dəyişir

118 Baxış

Braziliyada pandemiya dövründə dördüncü səhiyyə naziri vəzifəsinin icrasına başlayacaq.

Ölkə Prezidenti Jair Bolsonaro “Foco do Brasil”ə verdiyi açıqlamada bu barədə bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə üçüncü səhiyyə naziri Eduardo Pazuellonun yerinə bu vəzifəyə ölkənin Kardiologiya Cəmiyyətinin prezidenti Marselo Keyroqa təyin olunacaq.

Braziliya başçısı deyib ki, Keyroqanı uzun illərdir tanıyır və onun bu işin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əmindir.

Qeyd edək ki, Braziliya koronavirusa 11 525 477 yoluxma və 279 602 ölüm sayı ilə dünya ölkələri arasında ikincidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678