Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kiyevdə sərt karantin tətbiq edilir

108 Baxış

Ukraynada koronavirus xəstəliyi ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən paytaxt Kiyevdə sərt karantin tətbiq ediləcək.

Korrespondent.net şəhər meri Vitali Kliçkonun açıqlamasına istinadla xəbər verir ki, şəhərdə martın 20-dən sərt karantin rejiminə keçilir.

12 aprelə qədər məhdudiyyətlərin sərtləşdirməsinə qərar verilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq Kiyevdə 5-11 sinif şagirdləri üçün yaz tətili iki gün əvvəl – 18 martdan başlayacaq.

Qeyd edək ki, Ukraynada son sutkada 15 000-dən çox insanda koronavirus aşkarlanıb, 267 nəfər ölüb. Ölkədə ümumilikdə 1 504 076 nəfərdə koronavirus qeydə alınıb, 29 253 nəfər virusdan həyatını itirib.

Kiyevdə gündəlik yoluxma 1 092 nəfər olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678