Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Baydenin Putinlə bağlı qalmaqallı açıqlmasına cavab verdi

136 Baxış

“ABŞ prezidenti Co Baydenin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bağlı açıqlamalarını “çox pis” adlandırmaq olar”.

TASS agentliyi xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov martın 18-də jurnalistlərlə görüşündə deyib.

“Bayden öz açıqlaması ilə açıq-aşkar nümayiş etdirdi ki, Moskva ilə münasibətləri normallaşdırmaq istəmir. Gələcəkdə Vaşinqtonla qarşılıqlı əlaqə qurarkən Kreml bu yanaşmanı nəzərə almalı olacaq”, – deyə V.Putinin sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678