Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanında azyaşlı uşağı olan kişi adi məzəmmətə görə döyüldü – VİDEO

147 Baxış

Rusiyada kişi azyaşlı övladının yanında naməlum şəxslər tərəfindən döyülüb. Zərbələrdən sonra kişi və uşaq yerə yıxılıb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı görüntüləri yayıb.

Zərərçəkən 41 yaşlı İvan Vyatkin baş verənlərdən sonra xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, hadisəyə səbəb məzəmmət olub. Ata övladı ilə səki ilə gedərkən yoldan şütüyən maşın onların üstünə gölməçədən su sıçradıb. İvan narazılığını bildirəndə isə maşın dayanıb. Sürücü və yanındakılar kişiyə “dərs verərək” hadisə yerindən uzaqlaşıblar.

Hazırda hücumçuların kimliyi müəyyənləşdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678