Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-dən peyvəndlə bağlı AÇIQLAMA

127 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus peyvəndləri ilə bağlı yeni açıqlama yayıb.

“Hürriyet” xəbər verir ki, bəyanatda mövcud peyvənd dozalarının 76 faizinin yalnız 10 ölkə tərəfindən istifadə edildiyi bildirilir.

Başqa sözlə desək, hər 100 peyvənddən 76-sı on ölkə arasında bölüşdürülüb, dünyanın qalan hissəsinə peyvəndlərin 24 faizi düşür.

Eyni zamanda qeyd edilir ki, indiyə qədər ölkələr 576 milyon ədəd peyvəndlə təmin edilib və COVAX təşəbbüsü çərçivəsində 60 yoxsul ölkəyə yalnız 32 milyon doza vaksin paylana.

ÜST-ün Baş katibi Tedros Adhanom Qebreisus qlobal böhranın beynəlxalq reaksiyalar tələb etdiyini deyib. “Qlobal həll həmrəylikdən başlayır” deyən Qebreisus zəngin ölkələrin tətbiq etdiyi siyasəti tənqid edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678