Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliya baş naziri Avropa ölkələrində qadağan edilən peyvənd vurdurdu – FOTO

116 Baxış

İtaliya Baş naziri Mario Draqi və xanımı Mariya Serenella Kapello koronavirusa qarşı peyvənd olunublar.

“Anadolu” agentliyi ölkənin Baş Nazirliyinə istinadən xəbər yayır ki, 73 yaşlı baş nazir və həyat yoldaşına “AstraZeneca” peyvəndi vurulub.

Draqi martın 26-da Avropa İtifaqı Liderləri Zirvə görüşündən sonra təşkil edələn mətbuat konfransında bu həftə üçün peyvənd olunmağa görə növbə götürdüyünü açıqlamışdı.

Qeyd edək ki, dərman istehsalçıları onun təhlükəsizliyində israrlı olsa da, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678