Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ Həriri sui-qəsdinin arxasında dayanan casusun başına 10 milyon mükafat qoydu

135 Baxış

ABŞ Dövlət Departamenti 2005-ci ilin fevral ayında Livanın keçmiş baş naziri Rəfiq Həririnin ölümünə səbəb olan partlayışı törətməkdə təqsirli bilinən Hizbullah casusu Səlim Cəmil Əyyaşın yaxalanmasına şərait yaradacaq məlumat üçün 10 milyon dollar pul mükafatı təyin edib.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında informasiya yerləşdirilib.

“ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı livanlı Hizbullah terror qruplaşmasının sui-qəsd dəstəsində elit casus olan Səlim Cəmil Əyyaşın yerinin və ya kimliyinin müəyyən edilməsinə gətirib çıxaracaq, ya da bir ABŞ vətəndaşına və ya ABŞ-a məxsus bir mülkiyyətə qarşı beynəlxalq terror fəaliyyəti təşəbbüsünü əngəlləyəcək məlumatlar üçün 10 milyon dollara çatan bir pul mükafatı təklif edir”, – deyə ABŞ Dövlət Departamentindən bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678