Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Almaniyada sakinlər arasında təbəqələşmə başlayıb – FOTO

123 Baxış

Berlində koronavirus pandemiyası fonunda məhdudiyyətlər sərtləşdirilir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilib ki, qeyri-ərzaq dükanlarına, bərbərlərə və muzeylərə yalnız test cavabı mənfi olanlar və FFP2 tipli maska taxanlar girə biləcəklər.

Bir çox mağazada artıq ekspress testlər qalmayıb. Xüsusi mərkəzdə test etmək isə 35 avrodur (69,8 AZN).

Sakinlər yeni qərarlara sərt reaksiya göstərirlər.

Vətəndaşların fikrincə, cəmiyyət ədalətsiz şəkildə təbəqələrə bölünüb: Peyvəndlənmiş və ya testdən keçən “imtiyazlı təbəqə” və artıq mağaza, yaxud qalereyanı ziyarət etmək hüququndan məhrum olanlar.

Qeyd edək ki, Almaniyada həftəlik yoluxma sayı yanvar və fevral aylarının əvvəllərində azalsa da, fevral və mart aylarının sonlarında yenidən sürətlə artmağa başlayıb. Bu artımın mutasiyaya uğramış və sürətlə yayılan COVID-19 növlərindən qaynaqlandığı bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678