Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun yaşlılarda yaratdığı fəsad

132 Baxış

Koronavirusdan əziyyət çəkən yaşlı insanlarda xəstəlikdən sonra D vitamini çatışmazlığı ilə əlaqəli sümük sınması riski artır.

“Moskva” agentliyi xəbər verir ki, bu barədə rusiyalı travmatoloq-cərrah Konstantin Ternovoy bildirib.

“Koronavirus infeksiyasından sonra D vitamini səviyyəsi kəskin şəkildə azalır. Bu vitamin kalsiumun sümüklərə çatdırılmasından məsuldur. Yəni D vitamini çatışmazlığı sümüklərin kövrəkliyinə və yaşlı insanlarda onların sınmasına səbəb ola bilər”, – deyə o qeyd edib.

Ternovoy əlavə edib ki, xəstələrin təxminən 20 faizi koronavirus zamanı şiddətli sümük və oynaq ağrısından şikayətlənir. Bu şikayətlərin xəstəliyin bitməsindən iki-üç həftə sonra da qalması mümkündür.

Həkimin sözlərinə görə, COVD-19 tromboza səbəb olduğundan demək olar ki, bütün orqan və oynaqlar bundan təsirlənir, sümük və oynaqlarda qan tədarükü pozulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678