Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST COVID-19-dan sağalan insanlarda koronavirusun uzunmüddətli təsiri barədə xəbərdarlıq etdi

158 Baxış

Koronavirusdan sağalan insanlarda virus həyati vacib orqanlara uzunmüddətli təsirini qoyur.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu simptomlar zaman keçdikcə dəyişir və pisləşməyə doğru gedir.

ÜST rəhbərinin sözlərinə görə, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, həmçinin ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsindən gedir.

Qebreyesus COVID-19-dan sağalmanın yavaş ola biləcəyini, həftələr və hətta aylar çəkə biləcəyini bildirdi.

O həmçinin bildirib ki, mənfi nəticələr həm xəstəxanada, həm də evdə müalicə alanlarda, yaşından və cinsiyyətindən asılı olmayaraq eyni dərəcədə özünü göstərir.

Təşkilatın baş direktoru uzunmüddətli nəticələrdən əziyyət çəkən insanların sayının hələ müəyyənləşmədiyini qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678