Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ayının hücumuna məruz qalan 79 yaşlı qadın sağ qalıb

173 Baxış

Yaponiyanın İna yaşayış məntəqəsində ayı 79 yaşlı qadına hücum edib.

Bu barədə Yaponiyanın “Kiodo” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, qadın baş nahiyəsindən ağır xəsarətlər alsa da, həyatda qala bilib.

Həkimlər üz sümüklərinin açıq sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadına lazımi köməklik edib.

Qeyd olunur ki, Yaponiyada ayıların insanlara hücumu demək olar ki, hər gün qeydə alınır.

Yaponiyada təkcə ötən həftə yeddi nəfər ayı hücumu nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678