Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dağıstanda “Axmat gücdür” deyən çeçen atlıları saxlanılıb – VİDEO

141 Baxış

Dağıstan polisi Çeçenistandan gələn atlıları saxlayıb.

Bu barədə “Kavkazskiy uzel” resursunun “Telegram” kanalı məlumat yayıb. Kanalda hadisənin görüntüləri də paylaşılıb.

Əllərində Çeçenistan Respublikasının bayrağı olan atlılar “Axmat gücdür”, “Allahu əkbər” kimi şüarlar səsləndiriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları ilə danışıqlardan sonra çeçenlər naməlum istiqamətdə hərəkət edərək gözdən itiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678